Gündəm / İqtisadiyyat
16 noyabr 2022
7
“Emin 444”ün qətlində ittiham olunan şəxslə bağlı qərar verildi
Ali Məhkəmədə “Emin 444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Belə ki, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
Qeyd edək ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülüb. Onun qətli ilə bağlı cinayəti törədən Həsən Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılıblar. Uzun çəkişmələrədən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət verib. Həsən isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Zaur Yusifov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. O, azadlığa çıxdıqdan sonra vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Tanınmış idmançı, dünya çempionu Zaur Yusifovun ölümünə gəlincə, onu “Emin 444”ün xalası oğlu Samir Şirəliyev bu il martın 14-ü saat 21 radələrində Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində qisas məqsədilə “Vinçester” markalı silahla güllələyərək qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şirəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Daha çox xəbər:
"Emin 444" Lotu Qulinin dostu imiş - Qətli sifariş edənin adı açıqlandı - FOTO
HadisəBakıda ofisiant müştərini ürəyindən bıçaqladı
HadisəXalam oğlu Eminin qisasını aldım - Dünya çempionunu öldürən şəxs
Gündəm / HadisəBakıda öldürülən "Emil 444"ün qətlinin TƏFƏRRÜATI məlum oldu - VİDEO
Hadisə74 yaşlı anasını döyərək öldürən oğulun şikayəti təmin edilmədi — MƏHKƏMƏ
Hadisə