Gündəm / Cəmiyyət
17 noyabr 2022
7
Müharibəyə görə Rusiya yüzlərlə agentini itirdi
"Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi zamanı xaricdəki rus kəşfiyyat şəbəkəsinə müasir tarixdə ən güclü zərbə vuruldu".
Milliinfo.az BBC-yə istinadən xəbər verir ki, bunu Britaniyanın Mİ-5 əks-kəşfiyyatının rəhbəri Ken Makkallum deyib
Böyük Britaniyanın üzləşdiyi təhdidlərə dair illik hesabatında əks-kəşfiyyat rəhbəri bütün dünyada Rusiya səfirliyinin 600-dən çox əməkdaşının ölkədən çıxarıldığını, onlardan 400-dən çoxunun casus olma ehtimalının olduğunu bildirib.
"Bu, Avropanın yaxın tarixində Rusiya kəşfiyyatına ən güclü strateji zərbə oldu", - Makkallum qeyd edib.
Mİ-5 rəhbəri bildirib ki, diplomatik pərdə altında işləyən 23 rusiyalı kəşfiyyatçı təkcə Böyük Britaniyadan qovulub.

Daha çox xəbər:

Rusiya rumıniyalı diplomatı ölkədən çıxarır
Gündəm / Dünya
"Kreml işğalın uğursuzluğu üçün “günah keçisi” axtarır" - Britaniya kəşfiyyatı
Gündəm / Dünya
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri: “Krım körpüsü bir simvoldur və dağıdılacaq”
Gündəm / Dünya
Lavrov: “Rusiya Ukraynaya hücum etməyib”
Dünya
"Rusiya Krım körpüsünün dağıdılmasına icazə verməyəcək"
Gündəm / Dünya