Gündəm / Siyasət
18 noyabr 2022
8
“İsraildə səfirliyin açılması ilə bağlı sənədi Prezident təqdim edib”
“İsrailin hər zaman beynəlxalq təşkilatlarda bizə dəstəyini görmüşük”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.
O qeyd edib ki, İsrail Azərbaycanda 1993-cü ildə öz səfirliyini açıb: “İndi də İsrailin dəstəyini görürük. Beynəlxalq təşkilatlarda işləyənlər bunu bilir, ABŞ-də bunu bilirlər, Avropada bunu bilirlər, bütün başqa qitələrdə bunu bilirlər. Xüsusilə indi dost ölkə ilə, o ölkə ki, 44 günlük Vətən müharibəsində Azərbaycana yardım göstərmiş, Azərbaycanın haqq səsinə səs vermiş ölkə ilə biz əlaqələri genişləndirməliyik”.
Deputat bildirib ki, bu gün İsrailin Tel-Əviv şəhərində səfirliyin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib: “Bununla Azərbaycan-İsrail münasibətləri daha yüksək, yeni müstəviyə keçir. Buna görə, cənab Prezidentə xüsusi minnətdarlığımızı bildirmək lazımdır. Xalqlarımız arasında əlaqələr inkişaf edəcək. Bu səfirlik açılandan sonra bizim haqq səsimizə daha diqqətlə, xüsusi diqqətlə qulaq asmağa başlayacaqlar”.
Daha çox xəbər:
Azərbaycan İsraildə səfirlik açır - Tarixi qərar qəbul edildi
Gündəm / Siyasətİlham Əliyev İsrailin turizm nazirini qəbul etdi - YENİLƏNİB
Siyasətİlham Əliyev İsrailə səfərə dəvət olundu
Gündəm / Siyasətİsrail səfirindən "Təbrizin sehrli nağılları" kitabı ilə bağlı maraqlı TƏKLİF
Gündəm / Cəmiyyət"Azərbaycanda dərman qiymətləri bahadır" - Deputat
Gündəm / Cəmiyyət