Gündəm / Hadisə
19 noyabr 2022
10
Yevlaxda ərin arvadını öldürməsi ilə bağlı cinayət işi başlanıb
Noyabrın 19-u saat 06 radələrində 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yevlax rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1993-cü il təvəllüdlü Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

Daha çox xəbər:

Bakıda DƏHŞƏT: Kişi arvadını qətlə yetirdi
Hadisə
Bakıda DƏHŞƏT: Qadın keçmiş əri tərəfindən qətlə yetirildi
Gündəm / Hadisə
Kişi arvadını uşağının gözü qarşısında ÖLDÜRDÜ
Hadisə
İki qardaş birlikdə QƏTL TÖRƏTDİ
Gündəm / Hadisə
Abşeronda DƏHŞƏT: Kişi azyaşlı qızını döydü, hamilə arvadını öldürdü
Gündəm / Hadisə