Gündəm / Hadisə
16 iyul 2022
13
Bakıda DƏHŞƏT: Qadın keçmiş əri tərəfindən qətlə yetirildi
![Bakıda DƏHŞƏT: Qadın keçmiş əri tərəfindən qətlə yetirildi Bakıda DƏHŞƏT: Qadın keçmiş əri tərəfindən qətlə yetirildi](http://azadmedia.az/uploads/posts/2022-07/1657955935_1650450037_1615446730_qadin-bicaqlandi.jpg)
İyulun 15-i saat 20 Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Vüsalə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Arzuman Fazilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Prokurorluq Salyandakı qətllə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB](http://azadmedia.az/uploads/posts/2022-04/1650953028_1649764699_bicaqqq8.jpg)
Prokurorluq Salyandakı qətllə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
Hadisə![Bakıda DƏHŞƏT: Yeniyetmə anasını küçədə ÖLDÜRDÜ (YENİLƏNİB)](http://azadmedia.az/uploads/posts/2022-04/1650455505_1650450037_1615446730_qadin-bicaqlandi.jpg)
Bakıda DƏHŞƏT: Yeniyetmə anasını küçədə ÖLDÜRDÜ (YENİLƏNİB)
Hadisə![Azərbaycanda QƏTL: Balta ilə qadının başını kəsdi](http://azadmedia.az/uploads/posts/2022-07/1657173699_1657172407_1642088377_1607325750_balta.jpg)
Azərbaycanda QƏTL: Balta ilə qadının başını kəsdi
Gündəm / Hadisə![Bakıda kişi arvadını hoteldə BIÇAQLADI](https://www.xeberler.org/uploads/posts/2022-06/medium/1654327600_1649764699.bicaqqq8.jpg)
Bakıda kişi arvadını hoteldə BIÇAQLADI
Gündəm / Hadisə![Azərbaycanda DƏHŞƏT: Kişi arvadını öldürüb intihar etdi (YENİLƏNİB)](http://azadmedia.az/uploads/posts/2022-06/1655536042_1592373481_1565545563_modern_az_bicaqla_qa_ba_565.jpg)
Azərbaycanda DƏHŞƏT: Kişi arvadını öldürüb intihar etdi (YENİLƏNİB)
Gündəm / Hadisə