Gündəm / Cəmiyyət
14 fevral 2025
2

Səudiyyə Ərəbistanı Tramp və Putinin görüşünü təşkil etməyə hazırdır

Səudiyyə Ərəbistanı Tramp və Putinin görüşünü təşkil etməyə hazırdır

Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqlar üçün platforma olmağa hazırdır.

Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Krallıq Səudiyyə Ərəbistanında sammiti məmnuniyyətlə keçirməyə hazır olduğunu bildirir", - məlumatda bildirilib.

XİN-dən Səudiyyə Ərəbistanının Ukrayna və Rusiya arasında uzunmüddətli sülhə nail olmaq üçün səylərini davam etdirdiyi vurğulanıb.