Gündəm / Cəmiyyət
18 fevral 2025
0
Qazaxıstanda mədənin çökməsi nəticəsində ölən yeddi mədənçinin meyitləri tapılıb – YENİLƏNİB 2

Qazaxıstanın Ulıtau vilayətində mədənin çökməsi nəticəsində ölən yeddinci mədənçinin meyiti xilasetmə qrupları tərəfindən tapılıb.
Bu barədə Qazaxıstan FHN məlumat yayıb.
“Qazaxmıs” MMC-yə məxsus mədəndə aparılan axtarış-xilasetmə işləri zamanı yeddinci əməkdaşın meyiti tapılıb. Onun kimliyi müəyyənləşdirilir. Yeddi işçinin hamısının meyitləri səthə qaldırılıb və məhkəmə-tibbi ekspertiza üçün polis əməkdaşlarına təhvil verilib”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 17-də respublikanın Ulıtau vilayətindəki “Jomart” mədənində dağ kütləsinin uçması nəticəsində yeddi işçi uçqun altında qalmış, onlarla əlaqə kəsilmişdi. Daha sonra xilasetmə qrupları uçqun yerində altı meyit aşkar etmişdilər.
Qazaxıstan hökuməti olayın səbəblərini araşdırmaq üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə xüsusi komissiyanın yaradıldığını bildirib.
***
Qazaxıstanın Ulıtau vilayətində uçmuş şaxtada dağıntıların təmizlənməsi zamanı xilasedicilər altı mədənçinin meyitini aşkar ediblər, daha birinin axtarışı davam edir.
Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Axtarış-xilasetmə işləri zamanı xilasedicilər qrupu “Kazaxmıs” MMC-nin altı əməkdaşının meyitini aşkar edib. Onların kimliyi müəyyənləşdirilir. Hazırda hadisənin bütün təfərrüatlarının araşdırılması istiqamətində təhqiqat aparılır. Yeddinci şəxsin axtarışı davam edir”, – məlumatda qeyd olunub.
***
Qazaxıstanın Ulıtau vilayətindəki Jomart mədənində qaya uçması baş verib.
Bu barədə mədənlərin işlənməsi ilə məşğul olan “Kazaxmıs” şirkətlər qrupu məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 7 mədənçi dağıntılar altında qalıb.
Şirkət qeyd edib ki, hazırda hadisə yerində təcili xilasetmə işləri aparılır. Qazaxıstanda 7 şaxtaçı dağılmış mədəndə qalıb
Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Daha çox xəbər:

Rusiyada mədən faciəsində ölənlərin sayı 52-yə çatdı - Yenilənib
Sosial
Bakıda mənzildən meyit tapıldı
Gündəm / Hadisə
Gölməçədə 47 yaşlı qadının meyiti tapıldı
Hadisə
Xizəksürmə ərazisində meydana gələn qar uçqununda itkin düşən 10 nəfər tapılıb
Dünya
Bakıda mənzildən qadın meyiti tapılıb
Gündəm / Hadisə