Dünya
27 dekabr 2022
7
Xizəksürmə ərazisində meydana gələn qar uçqununda itkin düşən 10 nəfər tapılıb
Avstraliyada xizəksürmə ərazisində meydana gələn qar uçqununda itkin düşən on nəfər canlı tapılıb.
Bazar günü saat 15:00 radələrində Avstriyanın qərbindəki “Lech-Zuers” xizəksürmə bölgəsində qar uçqunu baş verib.
Bəzi xizəkçilərin uçqun altında qalması xəbərindən sonra səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatına başlayıb.
Lakin axtarışlardan sonra əməliyyat bazar günü gec saatlara qədər dayandırılıb.
10 nəfərin uçqun altında qalması şübhəsi ilə başladılan axtarış-xilasetmə işləri zamanı 1 nəfər qar altından çıxarılıb. Ağır yaralanan şəxs İnsbrukdakı xəstəxanaya çatdırılıb. Qar uçqunu nəticəsində ümumilikdə 4 nəfərin yaralandığı məlum olub.
Digər tərəfdən, videogörüntülərə əsasən, axtarılan 10 nəfərin təkbaşına dərəyə endiyi və ya uçqunun yaşandığı ərazidə olmadığı müəyyənləşib.
Mənbə: Reuters

Daha çox xəbər:

Gəncədə dağılmış evlərdə axtarış-xilasetmə işləri yekunlaşıb
Gündəm
FHN: Gəncədə axtarış-xilasetmə əməliyyatı davam edir
Gündəm / Hadisə
Laçında itkin düşən hərbçilərin axtarışları davam edir
Gündəm / Cəmiyyət
Naxçıvanda məktəb uçqunu nəticəsində ölənlərin FOTOLARI
Hadisə
Vətən müharibəsində itkin düşən 6 nəfərin axtarışı davam edir
Gündəm / Cəmiyyət