Gündəm / Dünya
20 may 2023
0
Zelenskinin səfərindən sonra Səudiyyə Ərəbistanı Rusiya-Ukrayna müharibəsində mövqeyini açıqladı
Səudiyyə Ərəbistanı Rusiya-Ukrayna müharibəsində rəsmi olaraq neytral mövqe tutur.
Bu barədə “The Guardian” nəşri məlumat verib.
Ölkənin xarici işlər naziri Feysal bin Farhanın sözlərinə görə, Səudiyyə Ərəbistanı bu məsələ ilə bağlı aktiv neytrallıq mövqeyini seçib.
Bu sözlər Ukrayna Prezidenti Volodimir Zelenskinin Ərəb ölkələri Liqasının sammitində çıxış etdiyi Ciddəyə səfəri günü səslənib.
“Zelenski üçün bu, müsbət nəticə hesab oluna bilər, çünki keçən il Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər ən yüksək həddə çatmışdı”, - deyə “The Guardian” qeyd edib.
Həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsinin Ukrayna və Rusiya arasında vasitəçilik etmək istəyini açıqlayıb. Salman müharibənin təhlükəsizliyin əldə edilməsinə töhfə verəcək şəkildə siyasi həllində maraqlı olduqlarını bildirib.
Daha çox xəbər:
Prezident Səudiyyə Ərəbistanın XİN rəhbərini qəbul edib
---Səudiyyə şahzadəsi Baydeni ələ saldı
Gündəm / Dünyaİlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
Gündəm / SiyasətAzərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları arasında telefon danışığı olub 30 Aprel, 2020 17:53
Siyasət / DünyaSəudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı yeni qərar
Dünya