Gündəm / Hadisə
21 yanvar 2025
0
Sumqayıtda yataqxana binasında yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin ümumi dəhlizində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində 5-i uşaq olmaqla 11 nəfər bina sakini təxliyə edilib. Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 5p.m. elektrik kabeli yanıb.
Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.

Daha çox xəbər:

Gecəki yanğında 24-ü uşaq olmaqla, 60 nəfər təxliyə olundu
Gündəm / Hadisə
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Hadisə
Yaşayış binasında yanğın, 9 nəfər təxliyə edildi
Gündəm / Hadisə
Azərbaycanda yataqxanada yanğın - 15 nəfər təxliyə edildi (YENİLƏNİB)
Gündəm / Siyasət
Sumqayıtda yaşayış binasında yanğın
Gündəm / Hadisə