Gündəm / Siyasət
26 oktyabr 2022
636
Azərbaycanda yataqxanada yanğın - 15 nəfər təxliyə edildi (YENİLƏNİB)

Bu gün səhər saatlarında Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən 92 saylı peşə liseyinin yataqxanasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsi və Şimal Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli, dördbloklu yataqxana binasının 3-cü blokunun zirzəmisində məişət tullantılarının yandığı müəyyən olunub.
FHN-in qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Həmçinin, yanğınsöndürən və xilasedicilər tərəfindən bina sakinlərinin çevik təxliyəsi həyata keçirilib.
Yanğın nəticəsində 15kv.m sahədə məişət tullantıları və taxta qırıntıları yanıb, mənzillər yanğından mühafizə edilib. Eləcə də 1-i azyaşlı və 4-ü yaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.
*** 11:00
Xaçmazda peşə məktəbinin yataqxanasında yanğın başlayıb.
5 mərtəbəli binada tüstülənmə qeydə alınıb. Binada yaşayanların təxliyəsi həyata keçirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Daha çox xəbər:

Azərbaycanda binada yanğın: 20 nəfər təxliyə edildi
Hadisə
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Gündəm / Hadisə
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Hadisə
Bakıda çoxmərtəbəli binada yanğın baş verib, 20 nəfər təxliyə olunub
Cəmiyyət
Bakıda hündürmətəbəli binada YANĞIN
Hadisə