Gündəm / Cəmiyyət
14 fevral 2025
1
Zaxarova: Biznes Ermənistanın Aİ ilə inteqrasiyası səbəbindən ona güvənə bilməyəcək

Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən olan şirkətlər Ermənistanın Avropa İttifaqı (Aİ) ilə inteqrasiyasının mümkün mənfi nəticələrini nəzərə alaraq, ona güvənə bilməyəcəklər.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Mənə elə gəlir ki, əgər Aİİ-nin artıq rəsmi İrəvan üçün maraq kəsb etmədiyi barədə bəyanatlar eşidilirsə, bu təkcə dövlət mövqeyi məsələsi deyil, həm də iqtisadi operatorların məsələsidir. Onlar özləri üçün müvafiq nəticələr çıxarırlar ki, o tərəfdəki tərəfdaşlar, görünür, bu məsələdə maraqlı deyillər”, - M.Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistanla biznes əməkdaşlığının inkişaf perspektivləri bu məlumat nəzərə alınaraq qurulacaq.
Bundan əlavə, Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, belə şəraitdə Aİİ-nin biznes strukturları digər tərəfdaşlara yönələcək: "Onlar (biznes) başa düşürlər ki, artıq bu amili nəzərə alaraq hərəkət etmək lazımdır".

Daha çox xəbər:

Zaxarova: Ermənistan Aİ-yə üzvlüyün mümkün nəticələrini anlamalı və əhalinin fikrini öyrənməlidir
Gündəm / Dünya
"İrəvanın bu addımı KTMT üçün çətinliklər yaradır" - Rusiya XİN
Gündəm / Dünya
Qərb erməni xalqının taleyinə biganədir - Zaxarova Bakı-İrəvan münasibətləri barədə
Gündəm / Hadisə
Zaxarova Ermənistanın KTMT-dəki rolundan danışıb
Gündəm / Cəmiyyət
Nikol Paşinyan Moskvada səfərdədir
Gündəm / Cəmiyyət