Gündəm / Dünya
15 fevral 2025
1
KİV: Tramp administrasiyası ABŞ-nin nüvə təhlükəsizliyi agentliyinin yüzlərlə əməkdaşını işdən çıxarıb

ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ Milli Nüvə Təhlükəsizliyi üzrə Agentliyinin (NNSA) yüzlərlə əməkdaşının işdən çıxarılması barədə sərəncam verib.
Söhbət sınaq müddətinə qəbul edilmiş 300 əməkdaşdan gedir.
"Bu qərar administrasiyanın dövlət qurumlarına yeni qəbul edilmiş işçilərin sayının azaldılması üzrə ümumi planının bir hissəsidir. Bu qərar milyarder İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) tövsiyəsi əsasında qəbul edilib", - mənbə qeyd edib.
İxtisarlar barədə bildirişlər NNSA-nın tabe olduğu ABŞ Energetika Nazirliyi rəhbərliyi tərəfindən yayılıb.

Daha çox xəbər:

USAID əməkdaşlarının 90 faizi ixtisar ediləcək - KİV
Gündəm / Dünya
Trampın iqamətgahına basqın edildi - Axtarışlar aparıldı
Gündəm / Şou
Trampdan İlon Mask zarafatı: “Onu qova bilmərəm”
Gündəm / Cəmiyyət
KİV: Misir prezidenti Trampın Qəzza planını müzakirə etməkdən imtina edib
Gündəm / Dünya
ABŞ Konqresi ölkə prezidentlərinə NATO-dan çıxmağı qadağan etdi
Gündəm / Cəmiyyət