Gündəm / Dünya
12 fevral 2025
0
KİV: Misir prezidenti Trampın Qəzza planını müzakirə etməkdən imtina edib
Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi planının gündəliyə daxil ediləcəyi təqdirdə danışıqlarda iştirak etmək üçün ABŞ-yə getməyəcək.
Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
“ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılması ilə bağlı planı müzakirə olunacaq məsələlər siyahısına daxil ediləcəyi halda Misir prezidenti Əbdülfəttah əs-Sisi Ağ Evdə danışıqlarda iştirak etmək üçün Vaşinqtona getməyəcək”, - məlumatda qeyd olunub.
“Al Qahera News” daha əvvəl bildirmişdi ki, Misir hakimiyyəti İsrail və ABŞ rəsmilərinin Qəzza sakinlərinin köçürülməsi ilə bağlı bəyanatlarından narazıdır.
Daha çox xəbər:
Hakan Fidan: Türkiyə və region ölkələri fələstinlilərin Qəzzadan çıxarılması bəyanatları ilə razılaşa bilməz
Gündəm / CəmiyyətABŞ “Müsəlman qardaşlığı”nı terrorçu qruplaşma elan edəcək
Dünyaİlham Əliyev Misir Prezidentini qarşıladı
Gündəm / Siyasətİsrail hökuməti Qəzzada atəşkəs sazişini təsdiqləyib
Gündəm / DünyaBayden İsraillə HƏMAS-ı təcili barışığa çağırdı
Dünya