Gündəm / Cəmiyyət
12 fevral 2025
0
Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib
![Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib](https://azadmedia.az/uploads/posts/2025-02/1739369578_ef857aa0-04f2-3fd7-9247-ca79e91f0c26_850.jpg)
Bakı-Şəki, Gəncə-Lənkəran və Gəncə-Mingəçevir şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, “Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs “Xan Sarayı” MMC, “Gəncə-Lənkəran” marşrutu üzrə hüquqi şəxs “Min.Avtotrans” MMC və “Gəncə-Mingəçevir” marşrutu üzrə hüquqi şəxs “Gəncə-ekspress” ASC komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır](https://azadmedia.az/uploads/posts/2024-08/1724421585_cf43009e-33b6-301b-bd60-063090a81be9_850.jpg)
Azərbaycanda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Gündəm / Cəmiyyət![Bakıdan Gəncəyə gedənlərə şad xəbər!](https://www.xeberler.org/uploads/posts/2024-08/medium/1724399336_yeni-avtobus.jpg)
Bakıdan Gəncəyə gedənlərə şad xəbər!
Gündəm / Cəmiyyət![6 istiqamət üzrə avtobus marşrutları müsabiqəyə çıxarılır](https://azadmedia.az/uploads/posts/2023-01/1674488437_1674484182_6-stqamt-3000x2000-1.png)
6 istiqamət üzrə avtobus marşrutları müsabiqəyə çıxarılır
Gündəm / Cəmiyyət![“Xocəsən” metro stansiyası istiqaməti üzrə avtobuslar istifadəyə verildi](https://azadmedia.az/uploads/posts/2023-05/1683895202_645e2934230d7645e2934230d81683892532645e2934230d3645e2934230d5_1683892937.png)
“Xocəsən” metro stansiyası istiqaməti üzrə avtobuslar istifadəyə verildi
Gündəm / Cəmiyyət![AYNA: Bu il şəhərlərarası və şəhərdaxili daşımalar üçün 27 yeni avtobus istifadəyə verilib](https://azadmedia.az/uploads/posts/2024-12/1734101432_c941bdc6-665c-3d9f-bb19-979f031b6981_850.jpg)
AYNA: Bu il şəhərlərarası və şəhərdaxili daşımalar üçün 27 yeni avtobus istifadəyə verilib
Gündəm / Cəmiyyət