Gündəm / Cəmiyyət
12 fevral 2025
0
Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
![Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək](https://azadmedia.az/uploads/posts/2025-02/1739357756_01ba4d7d-7936-3cbd-a3e4-cceeac26539d_850.jpg)
Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək.
“Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləri arasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur. Görüşlərdə APA-nın bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Bakıda beynəlxalq konfrans keçiriləcək](https://www.xeberler.org/uploads/posts/2022-05/medium/1652765144_4b6d4bbfc0d0148d1fc47502a270a2c9.jpg)
Bakıda beynəlxalq konfrans keçiriləcək
Gündəm / Cəmiyyət![Milli Məclisdə beynəlxalq konfrans keçiriləcək](https://azadmedia.az/uploads/posts/2024-12/1733483005_screenshot_20241206_150002_whatsapp.jpg)
Milli Məclisdə beynəlxalq konfrans keçiriləcək
Gündəm / Cəmiyyət![Ermənistan Parlamentində ATƏT-in iclası keçiriləcək](https://aymediacompany.az/uploads/posts/2023-11/1699880314_617906cfd879c617906cfd879d1635321551617906cfd879a617906cfd879b.jpg)
Ermənistan Parlamentində ATƏT-in iclası keçiriləcək
Gündəm / Dünya![Sahibə Qafarova Qazaxıstana getdi](/uploads/posts/2021-09/medium/1632559927_1595003330.sahibe.jpg)
Sahibə Qafarova Qazaxıstana getdi
Gündəm / Siyasət![Milli Məclis Sədri Lavrovla görüşəcək, Federal Şuranın iclasında çıxış edəcək](/uploads/posts/2020-09/medium/1600351326_1600350699036_yjrzxsnf.jpg)
Milli Məclis Sədri Lavrovla görüşəcək, Federal Şuranın iclasında çıxış edəcək
Siyasət / Dünya