Gündəm / Siyasət
12 fevral 2025
0
Prezident: Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar
![Prezident: Çin şirkətləri Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar](https://azadmedia.az/uploads/posts/2025-02/1739342114_24a33ebb-0abd-3e49-a3ce-b6a8ac27867d_850-1.jpg)
İndi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir.
Bu sözləri Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Dövlət başçısı vurğulayıb ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzalanıb:
"Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq".
Prezident qeyd edib ki, bu, növbəti bir bağlantı layihəsidir:
"Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, bizim təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır".
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Mikayıl Cabbarov: "Azərbaycan qlobal enerji sektorunda xüsusi və önəmli yer tutur"](https://azadmedia.az/uploads/posts/2024-11/1731675414_2e4b24a9-186a-3076-851b-b8fa1b25e974_850.jpg)
Mikayıl Cabbarov: "Azərbaycan qlobal enerji sektorunda xüsusi və önəmli yer tutur"
Gündəm / İqtisadiyyat![Mikayıl Cabbarov: “SOCAR məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində nümunəvi model yaradıb”](https://azadmedia.az/uploads/posts/2024-11/1731749156_2e4b24a9-186a-3076-851b-b8fa1b25e974_850.jpg)
Mikayıl Cabbarov: “SOCAR məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində nümunəvi model yaradıb”
Gündəm / İqtisadiyyat![İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılışındakı çıxışı - YENİLƏNİB](https://azadmedia.az/uploads/posts/2023-01/1673873496_1673855095_16738548865318963329_1000x669-2.jpg)
İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılışındakı çıxışı - YENİLƏNİB
Gündəm / Siyasət![Prezident Zəngəzur dəhlizi üzərindən enerji növlərinin ixrac ediləcəyini bildirib](http://azadmedia.az/uploads/posts/2022-02/1644575979_1644569024_620620e8306d0620620e8306d11644568808620620e8306cd620620e8306ce-1.jpg)
Prezident Zəngəzur dəhlizi üzərindən enerji növlərinin ixrac ediləcəyini bildirib
Gündəm / Siyasət![Prezident İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq"](/uploads/posts/2019-04/1556369533_750270.jpg)
Prezident İlham Əliyev: "Biz enerji resurslarımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq"
Siyasət