Gündəm / Cəmiyyət
12 fevral 2025
0

Çin süni intellekt sahəsində əməkdaşlığın siyasiləşdirilməsinə qarşıdır

Çin süni intellekt sahəsində əməkdaşlığın siyasiləşdirilməsinə qarşıdır

Çin süni intellektin (AI) innovativ inkişafını təşviq edir və onun təhlükəsizliyinə böyük əhəmiyyət verir, eyni zamanda ideoloji sərhədlərə və elmi-texnoloji əməkdaşlıq məsələlərinin siyasiləşdirilməsinə qarşıdır.

Bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakun brifinqdə bildirib.

"Biz süni intellektin inklüziv inkişafını fəal şəkildə təşviq edir, inkişaf etməkdə olan ölkələrə öz potensiallarını gücləndirməyə, süni intellekt xidmətlərinin əlçatan olmasına köməklik göstərir və açıq mənbə süni intellekt texnologiyalarına tərəfdarıq", – o qeyd edib.

Eyni zamanda, Q.Tszyakun vurğulayıb ki, Çin “ideoloji sərhədlərin cızılmasına, milli təhlükəsizlik konsepsiyasının ümumiləşdirilməsinə, ticarət, iqtisadi və elmi-texniki məsələlərin siyasiləşdirilməsinə qarşıdır”.

XİN nümayəndəsi qeyd edib ki, Çin süni intellektin innovativ inkişafını fəal şəkildə dəstəkləyir və təşviq edir, onun təhlükəsizliyinə böyük əhəmiyyət verir.