Gündəm / Dünya
15 fevral 2025
0
Şolts: ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək

ABŞ administrasiyası Ukraynanı dəstəkləməyə davam edəcək.
Bunu Almaniya Kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bildirib.
"ABŞ müdafiə nazirindən və bir çox başqalarından eşitdiyimiz odur ki, onlar Ukraynanı dəstəkləməyə davam edəcəklər. Bu, Rusiya üçün zəruri mesajdır ki, o, dəstəyin azalacağına ümid edə bilməz. Bizim dəstəyimizi alan güclü Ukrayna Rusiya üçün güclü mesajdır", - O.Şolts bildirib.
O vurğulayıb ki, NATO yeni üzvlər qəbul etməklə öz mövqelərini yalnız möhkəmləndirir.
Almaniya Kanslerinin sözlərinə görə, ABŞ və Avropa İttifaqı arasında təhlükəsizlik sahəsində parçalanma yoxdur: “Biz həmişə bu prosesə cəlb olunmuşuq. Avropa ölkələrinə qarşı hər hansı təcavüz olarsa, ABŞ mütləq təhlükəsizlik məsələsində dəstək göstərməyə cəlb olunacaq”.

Daha çox xəbər:

Almaniya Ukraynaya 7 milyard avro ayıracaq
Gündəm / Dünya
Kansler: ABŞ raketlərinin Almaniyada yerləşdirilməsi Rusiya ilə gərginliyə səbəb olmayacaq
Gündəm / Dünya
Şoltsun Ukrayna ilə bağlı şok planı: Rusiyaya ərazi verilir
Gündəm / Dünya
“ABŞ sülhün olduğu Cənubi Qafqazı dəstəkləməyə sadiq qalır” - Blinken
Gündəm / Siyasət
Ərdoğanla görüşdən sonra Baydendən F-16 AÇIQLAMASI
Gündəm / Siyasət