Gündəm / Siyasət
13 fevral 2025
0
İlham Əliyev Paraqvayın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
![İlham Əliyev Paraqvayın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB](https://azadmedia.az/uploads/posts/2025-02/1739442850_349de15b-edcc-35f4-a537-702ffcd8bfa4_850.jpg)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvayın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Səfir Seferino Valdez Peralta Paraqvay Prezidenti Santyaqo Penyanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Paraqvayın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Paraqvay arasında parlamentlərarası, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha qeyd olunub, Paraqvay parlamentində Azərbaycanla dostluq qrupunun tezliklə ölkəyə səfər edəcəyi bildirilib, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. Bildirilib ki, Paraqvay region ölkələrinə öz ixracının artırılması üçün Azərbaycanı logistik mərkəz kimi görür.
Söhbət zamanı SOCAR ilə Paraqvayın neft şirkəti arasında təmasların olduğu qeyd edilib, iki ölkənin biznes dairələrinin əlaqələrinin yaradılması məsələsi vurğulanıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvayın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
![](https://azadmedia.az/uploads/posts/2025-02/1739442887_7503c012-5143-3a5e-86f1-75a7e86d0a2d.jpg)
![](https://azadmedia.az/uploads/posts/2025-02/1739442883_4615510c-6c7b-3cb2-9b0f-be46a60e5b8e.jpg)
![](https://azadmedia.az/uploads/posts/2025-02/1739442866_0490a32c-e9f2-3b58-91f4-5847de161995.jpg)
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Prezident Latviyaya səfər edəcək](https://azadmedia.az/uploads/posts/2023-10/1698137612_1698136045_ilham-liyev.jpg)
Prezident Latviyaya səfər edəcək
Gündəm / Siyasət![Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib](https://azadmedia.az/uploads/posts/2024-09/1726555138_409bcfa8-01fe-39b3-b0dd-e1454def929c_850.jpg)
Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib
Gündəm / Siyasət![Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib](https://azadmedia.az/uploads/posts/2024-11/1732263620_67403bd601c6d67403bd601c6e173226287067403bd601c6b67403bd601c6c-1.jpg)
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
Gündəm / Siyasət![Prezident yeni səfirləri qəbul etdi - Yenilənib](http://azadmedia.az/uploads/posts/2022-08/1660807887_ilham-1.jpg)
Prezident yeni səfirləri qəbul etdi - Yenilənib
Gündəm / Siyasət![İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi](/uploads/posts/2021-11/medium/1637653003_1637651642.1577108201_president_musahibe_231219_1.jpg)
İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi
Gündəm / Siyasət