Gündəm / Siyasət
13 fevral 2025
0
Türkiyənin yeni səfiri Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi
![Türkiyənin yeni səfiri Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi](https://azadmedia.az/uploads/posts/2025-02/1739434124_1739433574_birol-akgun-2-449x299.jpeg)
Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün bu gün Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Səfir əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb.
Sonra Şəhidlər xiyabanına gələn diplomat ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.
Daha sonra Birol Akgün Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Mixail Mişustin Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib](https://azadmedia.az/uploads/posts/2022-11/1668752368_1668751023_446916322_0_128_3188_1921_1280x0_80_0_0_f9fd9020a6cb627a8e08761fbea2f122.jpg)
Mixail Mişustin Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Gündəm / Siyasət![Volodin Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib](http://azadmedia.az/uploads/posts/2022-09/1664187062_1664185118_hidlr-xiyaban-1-giris-1.jpg)
Volodin Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Gündəm / Cəmiyyət![Lavrov Şəhidlər xiyabanını ziyarət edib](http://azadmedia.az/uploads/posts/2022-06/1656057056_1656055323_dfgdf-1656005290.jpg)
Lavrov Şəhidlər xiyabanını ziyarət edib
Gündəm / Siyasət![TDT-nin iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR](https://azadmedia.az/uploads/posts/2023-09/1695716438_1695715595_2.jpg)
TDT-nin iştirakçıları Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Gündəm / Siyasət![Hulusi Akar Azərbaycana gəldi](https://azadmedia.az/uploads/posts/2024-01/1706520572_1706519379_ae12b724-b56b-3631-bf3d-5baed7d4607b_850-1.jpg)
Hulusi Akar Azərbaycana gəldi
Gündəm / Cəmiyyət