Gündəm / Cəmiyyət
29 yanvar 2024
0
Hulusi Akar Azərbaycana gəldi
Türkiyə Böyük Millət Məclisinin (TBBM) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 29-da Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Türkiyə nümayəndə heyəti Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının da əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin əziz xatirəsi anılıb.
Sonda Hulusi Akar “Türk şəhidliyi” abidəsinin xatirə kitabını imzalayıb.
Daha çox xəbər:
Mixail Mişustin Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Gündəm / SiyasətVolodin Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Gündəm / CəmiyyətMonteneqro parlamentinin sədri ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Gündəm / SiyasətNuman Kurtulmuş ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
Gündəm / Cəmiyyətİlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Gündəm / Siyasət