Gündəm / Siyasət
25 aprel 2023
0
Prezident: “Bu gün imzalanan memorandum Azərbaycana Avropaya daha çox qazı ixrac etməyə imkan verəcək”
Dövlətimizin başçısı deyib ki, bu gün Azərbaycan Avropanın nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır.
“Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var”, - deyə Azərbaycan Prezidenti bildirib.
13:59
Bu gün imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradacaq.
"Report"un Sofiyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
"Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə də Avropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır", - dövlət başçısı bildirib.
Daha çox xəbər:
İlham Əliyev qəbul keçirdi - YENİLƏNİB
Gündəm / Siyasətİlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB
Gündəm / Siyasət"15 ildir ki, Avropa bazarında etibarlı neft təchizatçısıyıq" - İlham Əliyev
Gündəm / SiyasətBöyük anlaşma: Avropa üçün nəfəs, Azərbaycan üçün təhlükəsizlik və qazanc - İNCƏLƏMƏ...
Gündəm / Siyasətİlham Əliyevin Bolqarıstana səfəri gözlənilir
Gündəm / Cəmiyyət