Gündəm / Cəmiyyət
01 sentyabr 2023
0
“Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin edildi
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.
Bu gün məntəqədən BQXK-yə məxsus 9 nəqliyyat vasitələri keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 25-ə yaxın şəxs olub. Həmin şəxslər arasında BQXK əməkdaşları ilə yanaşı, mülki vətəndaşlar da var.
Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Daha çox xəbər:
“Laçın” SBM-də daha bir erməni təxribatının qarşısı alındı
Gündəm / CəmiyyətLaçın sərhəd məntəqəsində rentgen aparatı qoyuldu – FOTO
Gündəm / SiyasətErmənilər Laçın postunda belə yoxlanılır - VİDEO
Gündəm / CəmiyyətSülhməramlılarının 14 avtomobili aksiya keçirilən yerdən sərbəst hərəkət edib
Gündəm / CəmiyyətLaçın-Xankəndi yolundan sülhməramlıların növbəti təminat maşınları keçib
Gündəm / Siyasət