Gündəm / Cəmiyyət
08 aprel 2024
0
MEDİA və DTX çağırış edib: Şəhid və yaralıların olması barədə saxta məlumatlar yayılıb
Son günlər bəzi sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması, Azərbaycan Ordusunda şəhidlərin və yaralıların olması, qoşun birləşmələrinin və ağır artilleriya silahlarının hazırlıq vəziyyətinə gətirilməsi, Laçın rayonu ərazisində komendant saatının tətbiq edilməsi ilə bağlı bir sıra şəxslər tərəfindən əsassız məlumatlar, reallığı əks etdirməyən saxta xəbərlər yayımlanır.
Bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə məlumatında qeyd edilib.
Bildirilib ki, DTX tərəfindən aparılan araşdırmalar nəticəsində cəmiyyətdə narahatlığın yaranmasına səbəb olan bu kimi məlumatları yayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Əliyev Rəşad Balağa oğlu və 1973-cü il təvəllüdlü Məlikov Pərviz Ramiz oğlu olduğu müəyyən edilmiş, onların belə məlumatları yaymalarının qarşısı alınaraq zəruri hüquqi prosedur tədbirlər həyata keçirilmişdir.
"MEDİA və DTX sözügedən əməllərin törədilməsinin ciddi hüquqi məsuliyyətə səbəb olduğuna dair xəbərdarlıq edərək, media subyektlərini və jurnalistləri sosial şəbəkələrdə yayımlanan qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə, vətəndaşları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, sosial şəbəkələrdə yayılan, rəsmi mənbələrə söykənməyən əsassız informasiyalara inanmamağa çağırır", - məlumatda vurğulanıb.
Daha çox xəbər:
"Sosial şəbəkələrdə Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır" - DTX
SosialDTX: Sosial şəbəkələrdə dezinformasiyalar yayımlanır
Gündəm / SosialBu şəxslərlə bağlı tədbirlər görüləcək - DTX-dən XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətDTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxladı -VİDEO
GündəmDTX-dən ƏMƏLİYYAT: 5 saniyəyə satılan mənzillərə görə 6 nəfər saxlanıldı
Gündəm / Hadisə