Gündəm / Cəmiyyət
23 oktyabr 2024
0
Cabbar Cabbarlı: “Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsi olmayan yerlər üçün investisiya tələb oluna bilər"
Bakıətrafı ərazilərdə kanalizasiya şəbəkəsinin mərkəzləşdirilmiş sistemə qoşulması üçün investisiya tələb olunur.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakının Baş Planına uyğun olaraq Bakıətrafı ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulma ilə bağlı mərhələli işlər aparılır: “Amma bu işlər investisiya tələb edir. Əgər daxili imkanlar hesabına hansısa layihələri həyata keçirə biliriksə, onları edirik. Lakin böyük layihələr üçün investisiya çatışmazlığı səbəbindən Bakıətrafı ərazilərdə hələ də kanalizasiya şəbəkəsi olmayan yerlər var. Bu ərazilər əsasən Sabunçu və Suraxanı rayonları, Bağlar massivi, Binəqədi rayonunun bəzi hissəsidir. Həmin ərazilərdə mərhələli şəkildə kanalizasiya şəbəkəsinin yaradılması istiqamətində işlər davam etdirilir".
C. Cabbarlı əlavə edib ki, bu ərazilərdə işlərin aparılması üçün hələ ki, xarici maliyyə mənbələrindən investisiya cəlb edilməyib və bunlar, daxili vəsaitlər hesabına həyata
Daha çox xəbər:
Bu qəsəbədə kanalizasiya sistemi və marşrut xətti yoxdur - VİDEO
CəmiyyətBakıda içməli su qıtlığı olacaq? - RƏSMİ
Gündəm / ŞouDaşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri istismara verildi
CəmiyyətElektrik, qaz və suya qanunsuz qoşulanların DİQQƏTİNƏ!
Gündəm / CəmiyyətBinədə dəhşət: sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər
Hadisə