Gündəm / Siyasət
01 avqust 2022
6 077
"Avtomobil yolları" Məqsədli Büdcə Fondu torpaqların dövlət ehtiyacları üçün alınması ilə də məşğul olacaq
Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondu avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar avtomobil yollarının çəkilməsi məqsədilə torpaqların dövlət ehtiyacları üçün alınması, eləcə də fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı kompensasiyaların tam ödənilməsinin təmin edilməsi məqsədlərinə də xidmət edəcəkdir.
Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamının preambulasının ikinci abzasına “saxlanılmasını” sözündən sonra “, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar avtomobil yollarının çəkilməsi məqsədilə torpaqların dövlət ehtiyacları üçün alınması, eləcə də fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı kompensasiyaların tam ödənilməsini” sözləri əlavə edilib.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Bundan əvvəl, "Avtomobil yolları" Məqsədli Büdcə Fondu avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etmək məqsədlərinə xidmət edirdi.
Daha çox xəbər:
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,4 milyon manat ayrılıb
İqtisadiyyatPrezident sərəncam imzaladı
Gündəm / Siyasətİlham Əliyev büdcədən pul ayırdı
Gündəm / CəmiyyətBakıda bu yollar təmir ediləcək - Prezidentdən SƏRƏNCAM
Gündəm / SiyasətPrezident yol tikintisinə pul ayırdı - SƏRƏNCAM
Gündəm / Siyasət