Gündəm / Video
13 sentyabr 2023
0
Pirşağı-Novxanı-Xırdalan yolunun problemi nə vaxt həll olunacaq? - AÇIQLAMA + VİDEO

Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi uzun fasilədən sonra yenidən başlayıb.
Xezerxeber.az-ın məlumatına görə, nə qədər qəribə səslənsə də, bu, ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Onlar iddia ediblər ki, tikinti prosesi çox ləng gedir. Ərazi qışda palçıq, yayda isə toz olur. Ona görə də sakinlər yoldakı problemin tezliklə yoluna qoyulmasını istəyirlər.
Yolun hər iki tərəfində yaşayan sakinlər başqa alternativ yollarının olmadığını deyirlər.
Sakinlərin iddasına görə, yolun tikintisinə 2015-ci ildən başlanıb, işlər sonradan yarımçıq qalıb.
Onlar yeni salınmaqda olan yoldakı üstüaçıq quyulardan da narahatdırlar. Çünki, təxminən 2-3 metr dərinliyi olan bu quyuları qaranlıqda görmək mümkün deyil.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidən bildirilib ki, Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi uzun fasilədən sonra yenidən başlayıb:
“Tikilən yolun əhəmiyyətini nəzərə alaraq, sözügedən avtomobil yolunun layihələndirilməsi və tikintisi hissə-hissə aparılır. Açıq hava şəraitində tikinti aparıldığı üçün meteoroloji amillər nəzərə alınaraq bəzi günlərdə, bugünkü kimi iş müvəqqəti dayandırıla bilər. Yolun tikintisinin hələ bir neçə il davam edəcəyi nəzərdə tutulub”.
Ətraflı süjetdə:

Daha çox xəbər:

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir
Gündəm / Cəmiyyət
Sərnişinlər narazılıq etdi - 07:50 qatarının hərəkəti bərpa olundu
Gündəm / Cəmiyyət
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırıldı
Gündəm / Cəmiyyət
Qubadlı‒Laçın avtomobil yolunun tikintisinə 20 milyon manat ayrıldı
Gündəm / Siyasət
Prezident avtomobil yolunun tikintisi ilə tanış olub - YENİLƏNİB
Gündəm / Siyasət