Hadisə
15 may 2019
69
Azərbaycanlı yeniyetmə Rusiyada dəhşətli qəza törətdi - FOTO

Mayın 11-də Sankt-Peterburq şəhərinin Buxarest küçəsində "Chevrolet Aveo" markalı avtomobil mikroavtobusla toqquşub.
Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. İnsidentdən sonra maşının sürücüsü hadisə yerindən qaçıb.
Rusiya hüquq-mühafizə orqanları dəhşətli qəzanı törədən avtomobilin sürücüsünü axtarır.
Beş.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza baş verdiyi zaman minik avtomobilinin sükanı arxasında 17 yaşlı on birinci sinif şagirdi olubmuş. Sosial şəbəkələrdə onun Azərbaycan vətəndaşı olduğuna dair məlumat və foto yayılıb.
Belə ki, həmin fotoda maşının ön şüşəsinin üzərinə Azərbaycan bayrağı sərilib, "Chevrolet"in yanında isə həmin yeniyetmə dayanıb. O, statusunda belə yazıb: "Gəncəm, başımla düşünmürəm".
Faktla bağlı cinayət işi açılıb.

Daha çox xəbər:

Gürcüstanda toy karvanında dəhşətli qəza
Hadisə
Bakıda iki avtomobil toqquşdu: yaralı var - VİDEO
Hadisə
Bakıda dəhşətli yol qəzası: “Range Rover”lə piyadanı vurub yolun ortasına atdı
Sosial
Xanım sürücü "Prado" ilə "Ganjlik Mall"ın qarşısında dəhşətli qəza törətdi - VİDEO
Hadisə
Azərbaycanda bir gündə 5 nəfər bu səbəbdən öldü - DAHA 17 YARALI VAR
Gündəm