Hadisə
15 may 2019
54
Azərbaycanda film kimi OLAY: Qadın evini təmir etdirdiyi ustası tərəfindən aldadıldı - VİDEO
Azərbaycanda ev sənədləri ilə bağlı ehtiyatsızlıq edən sahibinə baha başa gəldi.
Beş.az xəbər verir ki, Təzəgül Qasımova adlı qadın evini təmir etdirdiyi usta tərəfindən aldadılıb. Evi təmir edən usta sənədləri saxtalalaşdıraraq Təzəgül Qasımovanın mülkiyyətinə sahiblənib.
T.Qasımovanın sözlərinə görə, evini təmir edən usta oğlunun vasitəsilə qadını aldadıb:
"Evimi təmir edən usta qoca kişi idi. Məni aldadıb dedi ki, "oğlum bankda işləyir, sənin işini düzəldə bilər". Oğlunu çağırdı, o da gəldi bizə. Sənədləri, birdə "Forma 1" sənədinə görə 180 manat pul verdim. Ustanın oğlu bankdan beş min manat pul götürmək üçün mənə köməklik etməli idi. Sonra məni apardılar banka, orda bir otaqda otuzdurdular. Azər adlı oğlan gəldi, onun əli ilə düz-qoş elədilər. Mənə də sənədlərə qol çəkdirdilər. Məndə onlara inandım. Çünki özüm dəfələrlə banklara müraciət etmişdim. Ancaq həll edə bilməmişdim".
T.Qasımova başına gələn hadisə ilə bağlı cənab prezidentə müraciət etdiyini bildirib:
"Kredit məsələsi uzandı. Ustadan da bir xəbər çıxmadı. Bizim evə bu ustanı gətirən qonşuya başıma gələn hadisəni danışdım. Qonşu da dedi ki, "onlar dələduzdular. Səni aldadırlar, evinin sənədini geri al". Məndə ustanı çağırtdırıb sənədi geri istədim. Heç mənə əhəmiyyət verən də olmadı. İndi də 2009-cu ildən məhkəmə yollarında qalmışam".
Daha çox xəbər:
Bakıda it qadını sürüdü..
HadisəAzərbaycanda DƏHŞƏTLİ OLAY: Ana 14 yaşlı qızını zorla ərə verib, nəvəsini...
HadisəAzərbaycanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər
Hadisə"Müəlliməm zəng edib anama dedi ki, qızın burada oğlanlarla..." - İntihar edən 5-ci sinif şagirdi
HadisəBakıda oteldə sevgilisini öldürən qız danışdı: Məni aldatdı namusuma toxundu video
Hadisə