Hadisə
10 may 2023
0
Bakıda yataqxanada partlayış olub - 1 ölü, 2 yaralı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntı yarandığı müəyyən olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dağıntı altından bir nəfərin cəsədi çıxarılıb, hadisə nəticəsində iki nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Daha çox xəbər:

Bakıda çoxmərtəbəli binada partlayış - Xəsarət alan var (VİDEO)
Gündəm / Cəmiyyət
Partlayışla bağlı iki nazirlikdən açıqlama
Gündəm / Hadisə
DSX-nin Akademiyasında yanğın - Elçin Quliyev hadisə yerinə getdi
Gündəm / Cəmiyyət
Partlayışdan sonra iki nəfər dağıntılar altından çıxarıldı - (YENİLƏNİB)
Gündəm / Hadisə
Yardımlıda torpaq uçqunu oldu, 1 nəfər öldü
Gündəm / Hadisə