Hadisə
14 iyun 2023
0
Həbsdə olan general əməliyyat edildi
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov əməliyyat olunub.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Nizami Məmmədov Bakı Sağlamlıq Mərkəzində ürək əməliyyat keçirib.
Məlumatı generalın vəkili Rəşad Mirmehdizadə təsdiq edib.
Vəkil deyib ki, müvəkkili əməliyyatdan sonra Pentensiar Xidmətin Müalicə müəsisəsinə yerləşdirilib: “Nizami Məmmədov xəstəxanada anjoqrafiya olunub, damarlarında 80 faizdən artıq tutulma olduğuna görə stend qoyulub, eyni zamanda ürəyin ritm pozğunluğuna görə ablasiya əməliyyatı olunub. Hazırda həkim nəzarətindədir”.
Qeyd edək ki, N.Məmmədov ötən ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, külli miqdarda mənimsəmədə ittiham olunur.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Daha çox xəbər:

Alimpaşa Məmmədov marallarının yemini icra nümayəndələrinə aldırıb
Gündəm / Hadisə
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi barədə - Yeni qərar
Gündəm / Hadisə
Həbsdə olan generallarla bağlı yeni QƏRAR
Hadisə
Mövlam Şıxəliyevə hökm oxundu - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Həbs edilən generalın yerinə o təyin olundu
Gündəm / Cəmiyyət