Hadisə
27 oktyabr 2023
0
Gəncə və Tovuzda məktəbli qızlar itkin düşüblər
Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüblər.
Gəncə şəhəri Xətai prospektində yaşayan, 2009-cu il təvəllüdlü Türkan Qurbanova ötən gün yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Tovuzun Aşağı Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Gülay Bayramova da ötən gün yaşadığı evdən naməlum istiqamətə gedərək itkin düşüb.
Hər iki fakt üzrə araşdırma aparılır.
