Hadisə
26 aprel 2019
71
Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü - BAKIDA FACİƏ

Qadın özündən 9 yaş kiçik sevgilisi tərəfindən öldürüldü - BAKIDA FACİƏ
Bakıda kişi sevgilisini bıçaqlayıb.
BEŞ.AZ lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1978-ci il təvəllüdlü Firəngiz Abdullayeva onunla eyni evə qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1987-ci il təvəllüdlü Rəşad Mirzəyev tərəfindən bıçaqlanıb.
Qadın xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
