Hadisə
08 iyul 2020
72

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü: Çox sayda yaralı var

Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü: Çox sayda yaralı var


Milliinfo.az


Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb.

Reportun verdiyi məlumata görə, Xudat Şəhər Mərkəzi Xəstəxanasının Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan həkimləri təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.

Hadisə nəticəsində biri sürücü olmaqla yeddi nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xudat Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Qədir Hüseynov faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalardan birinin tibb işçiləri olublar.

Faktla bağlı araşdırma aparılır.