Hadisə
10 may 2019
74
Azərbaycanda dəhşətli yol qəzası - 10 nəfər xəsarət aldı

Şəmkir rayonunda yol qəzası baş verib.
Beş.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 5 nəfəri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha 5-i isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralılardan bəzilərinin adları da məlum olub. Bunlar Arzu Rüstəmov, Ruslan Hüseynov və 1992-ci il təvəllüdlü Dursun Əsgərovadır.
İlkin məlumata görə, qəzaya düşən maşınlardan biri istixanada çalışan işçiləri aparırmış

Daha çox xəbər: