Hadisə
24 sentyabr 2020
35
Atəşkəs 69 dəfə pozulub
Milliinfo.az
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub.Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Daha çox xəbər:
Ermənistan sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub
GündəmErmənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub
GündəmErmənilər atəşkəs rejimini 45 dəfə pozub
GündəmCəbhədəki vəziyyətlə bağlı rəsmi açıqlama
GündəmMN: Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəsi 70 dəfə pozub
Gündəm