Hadisə
29 aprel 2019
116
70 yaşlı kişi qətlə yetirildi

Tovuz rayonunda qətl hadisəsi baş verib.
BEŞ.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.
Kənd sakini, 1971-ci il təvəllüdlü Abdiyev Oqtay Mikayıl oğlu münaqişə zəminində həmkəndlisi, 1949-cu il təvəllüdlü Tağıyev Cəlal Səməd oğlunu bıçaqlayıb.
Yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.
