Hadisə
03 iyul 2021
39
Azərbaycanda fəhlə iş başında öldü
İyulun 2-də Ağsu rayonunun Qaravəlli kəndində Əlqahin Əliyevin iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağsu Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, fəhlə işləyən Əlqahin Əliyev inşa edilən meyvə soyuducu anbarının tikintisi zamanı iş görərkən müvazinətini itirərək yerə yıxılması nəticəsində aldığı ağır bədən xəsarətlərindən ölüb.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Daha çox xəbər:
Azərbaycanda dəhşətli hadisə - 2 yaşlı uşağı başına vura-vura öldürdülər
GündəmProspektdə piyadanı vurub öldürən saxlanıldı
HadisəMasallıda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
Gündəm / HadisəŞamaxıda arvadını öldürmək istəyən şəxs həbs edildi
HadisəAzərbaycanda fəhlə ölümcül xəsarət aldı
Hadisə