Hadisə
08 iyul 2021
34
“Yeni Klinika”nın həbs edilən direktorunun məhkəmə vaxtı məlum olub
“Yeni Klinika” Publik Hüquqi Şəxsin həbs edilən direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
“Report” xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək. Hazırlıq iclası iyulun 17-nə təyin edilib.
Qeyd edək ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.
Daha çox xəbər:
“Yeni Klinika”nın direktoru və digər şəxslərin cinayət işi məhkəməyə göndərilib
Gündəm / HadisəAzərbaycanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər
HadisəTəhsil müəssisələrində pandemiya dövründə tibbi xidmət necə qurulmalıdır?
Gündəm / Cəmiyyət / HadisəDSX-nin vəzifəli şəxslərinin həbs müddəti artırıldı
Gündəm / CəmiyyətKüllli miqdarda dələduzluq edən şirkət rəhbəri həbs edildi
Gündəm / Cəmiyyət / Hadisə