Hadisə
30 iyul 2021
42
Azərbaycanlı bloger Tbilisidə ölü TAPILDI
Azərbaycan vətəndaşı Gürcüstanda mehmanxanada ölü tapılıb.
Bu haqda “Imedi” telekanalı məlumat yayıb. Xəbərdə bildirilib ki, bloger Hüseyn Bakıxanov Tbilisi şəhərində hotellərdən birində ölü halda aşkarlanıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktı özünəqəsd həddinə çatdırma kimi araşdırır. Hotelin hüquqşünası Kahi Çeretelinin sözlərinə görə, məsələ ilə bağlı bütün şahidlər dindirilib. Həmçinin, hotel videomaterialları araşdırma üçün təqdim edib.
Unikal.org