Hadisə
20 oktyabr 2021
30
Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü
Xəbər verdiyimiz kimi, Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib.
Göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri özünü ekstrasens kimi təqdim edən Bayram Nurlunun qohumlarıdır.
Xəstəxanaya yerləşdirilən 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu Bayram Nurlunun yeznəsinin qardaşıdır. Zəhərlənmədən dünyasını dəyişən 2009-cu il təvəllüdlü Qasımlı Murad isə Mübarizin oğludur.
Xəxstəxanaya yerləşdirilən 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu isə Bayram Nurlunun bacısı oğludur. Əldə etdiyimiz məlumata görə, 9 yaşlı uşağın da həyatını xilas etmək mümkün olmayıb və o, gecə saatlarında yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. ("Qafqazinfo")

Daha çox xəbər:

Bayram Nurlu jurnalisti hədələdi — "Utanmaz, bunun danışığına bax"
Şou
Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Hadisə
ABŞ-da daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişdi
Dünya
Azərbaycanda 24 yaşlı oğlan dəhşətli hadisənin qurbanı oldu
Hadisə
Azərbaycanda inanılmaz hadisə - Qadın "ACE"dən zəhərlənib öldü
Hadisə