Hadisə
13 may 2019
47
Azərbaycanda 24 yaşlı oğlan dəhşətli hadisənin qurbanı oldu

Bu gün günorta radələrində Neftçala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Rayonun 1995- ci il təvəllüdlü Yuxarı Qaramanlı kənd sakini Soltanov Soltan Məhəmməd oğlu İkinci Qaralı kəndi ərazisində idarə etdiyi motosikletlə traktora çırpılıb.
Hadisəni törədən şəxs qəza yerində dünyasını dəyişib. Traktorun 1988-ci il təvəllüdlü sürücüsü Paşayev Əlisafa Ələkbər oğlu xəsarətsiz ötüşüb.
