Hadisə
05 fevral 2022
29
Məhkəmə 3 yaşlı Məryəmin qətlinə görə saxlanılan atası barədə qərar verdi
Bakıda quyuya atılaraq öldürülən üç yaşlı Məryəmin atası Taleh Allayarovun barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.
Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib və ata barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, istintaq ilkin olaraq belə nəticəyə gəlib ki, 3 yaşlı qızı (2018-ci ilin sentyabrın 6-da dünyaya gəlib - red.) onun qonşusu 32 yaşlı Mansurov Mehman Malik oğlu qətlə yetirib. O, balaca qızı öldürüb quyuya atandan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb.
Hadisə ilə bağlı danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.
Ötən gün T. Allahyarov ATV-nin “Bizimləsən” proqramında olub. Verilişdə T. Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb. Görüntülərdə onun qızı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələdiyi görünür.
Bu görüntülərdən sonra polis əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.
Daha çox xəbər:
Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxs HƏBS OLUNDU
Gündəm / CəmiyyətÖldürülərək quyuya atılan dörd yaşlı qızın atası ilə bağlı RƏSMİ AÇIQLAMA
Hadisəİmişlidə 11 yaşlı qızı zorlayan ögey ata HƏBS EDİLDİ
Gündəm / CəmiyyətMəhkəmədən arvadını öldürən polislə bağlı QƏRAR
Gündəm / Hadisə15 yaşlı məktəbli qız atasını vəhşicəsinə qətlə yetirdi- DƏHŞƏT
Hadisə