Hadisə
23 iyun 2022
27
Bakıda polisdən qaçanlar belə gizləndi

Bir neçə gün əvvəl Bakıda polis əməkdaşları küçədə gördükləri şübhəli şəxslərə yaxınlaşarkən insident baş verib.
Hadisə axşam saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki Musabəyov küçəsində baş verib.
Belə ki, ərazidə xidmət aparan polis əməkdaşları küçədə şübhəli hesab etdikləri 3 nəfərə yaxınlaşmaq istəyiblər. Bu zaman həmin şəxslər qaçmağa başlayıb. Bir qədər qaçdıqdan sonra həmin küçədə yerləşən “Javelin” şirniyyat evinə daxil olaraq qapını arxadan bağlayıblar. Polis əməkdaşları dəfələrlə qapının açılmasını tələb etsə də, bundan imtina ediblər. Əraziyə əlavə polis əməkdaşlarının gəldiyini görən şübhəli şəxslər daha sonra qapını açaraq küçəyə çıxmağa razı olublar.
Onlar ərazi üzrə polis şöbəsinə aparılıb. İlkin məlumata görə, bu zaman həmin şəxslərdən biri olan 1987-ci il təvəllüdlü Oqtay Qədirovun (şərti adlı) narkotik vasitə qəbul etməsi məlum olub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı) maddəsi ilə protokol tərtib edilib və o, Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə O.Qədirova 300 manat pul cəriməsi cəzası verilib.

Daha çox xəbər:

Bakıda narkotik alverçilərinə qarşı növbəti əməliyyat keçirildi
Gündəm
Bakıda klip çəkilişi zamanı insident: Müğənni tutuldu
Şou
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Gündəm / Hadisə
Azərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu küçədə polisə xəsarət yetirdilər - RƏSMİ
Gündəm
Polis Bərdədə əməliyyat keçirdi - SAXLANILANLAR VAR
Gündəm / Hadisə