Hadisə
22 iyul 2022
30
68 yaşlı qadın toyda ÖLDÜ

Qaxda 58 yaşlı qadın toyda ölüb.
"Unikal"ın məlumatına görə, hadisə bu gün Qax şəhərindəki "Gülnur" şadlıq evində baş verib. Belə ki, Qax şəhər sakini 1954-cü il təvəllüdlü Məmmədsəidli Laləzar Hacıbilal qızı öz yaxınının toy mərasimində iştirak etdiyi zaman halı pisləşib və yerə yıxılıb.
O yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.
