Hadisə
14 may 2019
46
DƏHŞƏT: İki təyyarə havada toqquşdu - Çox sayda ölü var / FOTOLAR

ABŞ-ın Alyaska ştatında iki yüngül mühərrikli təyyarə havada toqquşub.
Beş.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər həyatını itirib. 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib 1 nəfər isə itkin düşüb. Onun tapılması üçün əraziyə çox sayda xilasedici cəlb edilib. Qəza qurbanlarının kimliyi dəqiqləşdirilir.
Ehtimal edilir ki, qəzaya pilotlardan birinin səhvi səbəb olub. Digər ehtimala görə isə, əlverişsiz hava şəraitinə səbəbiylə pilotlar uzaq məsafəni görə bilməyib.
Hadisənin dəqiq səbəbləri araşdırılır.

Daha çox xəbər:

Moskvada təyyarə tamamilə yandı, 41 ÖLÜ - VİDEO - FOTO
Hadisə
Daha bir təyyarə qəzaya düşdü - SƏRNİŞİNLƏRDƏN XƏBƏR YOXDUR
Hadisə
Toy karvanında qəza - 8 nəfər xəsarət aldı
Hadisə
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO
Hadisə
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - YARALILAR VAR VİDEO FOTO
Hadisə