Hadisə
14 oktyabr 2022
1 769
Bu tarixdə Aİ Azərbaycan-Ermənistan sərhədinə missiyanın göndərilməsini təsdiqləyəcək
Oktyabrın 17-də Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sərhəd problemlərinin həlli üçün mülki missiyanın göndərilməsinə razılıq vermək niyyətindədirlər.
Bunu Lüksemburqda xarici işlər nazirlərinin görüşündən əvvəl Aİ-nin yüksək səviyyəli nümayəndələrindən biri deyib.
Sputnik Ermənistan saytının oktyabrın 6-da verdiyi məlumata görə, Ermənistan, Azərbaycan, Fransa liderləri ilə Avropa Şurasının rəhbəri arasında keçirilən görüşdə mülki nümayəndəliyin yaradılması barədə razılıq əldə olunub.
“Nazirlərin bazar ertəsi bu missiyanı təsdiqləyəcəyi gözlənilirdi”, - Aİ-nin yüksək səviyyəli rəsmisi deyib.
Daha çox xəbər:
Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib
Gündəm / SiyasətErmənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul etdi - İlkin razılıq + Yenilənib
Gündəm / SiyasətBayramov Mirzoyanla danışdı: Razılıq əldə olundu
Gündəm / SiyasətAzərbaycan və Ermənistan liderləri bu barədə razılığa gəldilər
Gündəm / Siyasətİlham Əliyev Paşinyanla Brüsseldə bu məsələləri müzakirə edəcək
Gündəm / Siyasət