İdman
09 oktyabr 2023
2
Musa Qurbanlı milli komandadan ayrı düşdü
Musa Qurbanlı futbol üzrə Azərbaycan millisinin qarşıdakı oyunlara hazırlıq məqsədi ilə təşkil olunan Bakıdakı toplanışına qoşulmayacaq.
İsveçin “Yurqorden” klubunda çıxış edən forvard birbaşa Estoniya ilə matç üçün sözügedən ölkəyə yollanacaq.
Buna səbəb onun İsveçdən Azərbaycana gəlməsinin çətin olmasıdır. Baş məşqçi Canni De Byazi oyunçunun yorğun olacağını nəzərə alaraq buna ehtiyac duymayıb. M.Qurbanlı İsveçdən birbaşa daha yaxın ölkə olan Estoniyaya gedəcək və orada komandaya qoşulacaq.
Digər futbolçular isə bu gün bir araya gələcəklər. Komanda oktyabrın 11-də Estoniyaya gedəcək.
Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Estoniya - Azərbaycan görüşü oktyabrın 13-də təşkil olunacaq. Oktyabrın 16-da isə yığmamız Bakıda Avstriyanı qəbul edəcək.

Daha çox xəbər:

Milli Məclisin sədri nümayəndə heyəti ilə Estoniyaya rəsmi səfərə gedib
Gündəm / Siyasət
De Byazidən 0:5 hesablı məğlubiyyətdən sonra qəribə açıqlama: “Əla oyun göstərdik”
Gündəm / İdman
Tanınmış teleaparıcıdan Musa Qurbanlı ilə bağlı maraqlı açıqlama verdi - Video
Gündəm / İdman
Benzema dünya çempionatında çıxış edə bilər - İDDİA
Gündəm / Cəmiyyət
Azərbaycan çempionatının ən yaxşı hücum trioları: “Qarabağ”lılar əlçatmazdırlar
İdman