İdman
18 dekabr 2023
0
“Qarabağ”ın rəqibi bəlli oldu

Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olub.
Qurban Qurbanovun komandası bu raundda Portuqaliyanın “Braqa” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” bu komanda ilə ilk matçını fevralın 15-də səfərdə keçirəcək. Cavab qarşılaşması isə fevralın 22-də Bakıda olacaq.
